• Bakı, 2020-04-08,
Seanews
Heyder Eliyev

ASCO-da koronavirusla bağlı “qaynar xətt" və qərargah fəaliyyətə başlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər Poliklinikası” MMC-də koronovirusla bağlı (050) 274 30 82 nömrəli “qaynar xətt" fəaliyyətə başlayıb.

“Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb. Zənglər günün 24 saatı ərzində qəbul olunacaq və müraciətlər operativ şəkildə cavablandırılacaq.

ASCO-da “Qaynar xətt”lə yanaşı, koronavirusla bağlı rəhbər şəxslərdən ibarət qərargah da yaradılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır