Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları arasında dama yarışı keçiriləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında dama idman növü üzrə yarış keçiriləcək.

22 noyabr tarixində Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində baş tutacaq yarışda ASCO-ya daxil olan bütün strukturlardan iştirakçılar qatılacaq.  Hər sturkturu iki nəfər təmsil edəcək. Onlar fərdi olaraq qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə mütəmadi keçirilən bu cür idman tədbirlərinin əsas məqsədi sağlam həyat tərzini təbliğ etmək, əməkdaşlar arasında əlaqələri gücləndirməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır