• Bakı, 2019-12-05,
Seanews
Heyder Eliyev

Türkiyədə 30 dəniz reysi təxirə salınıb

Mərmərə dənizində Türkiyənin Bursa vilayəti akvatoriyasında dəniz reysləri təxirə salınıb.

Bu qərar həmin ərazidə güclü dumanla əlaqədar qəbul edilib.

Qeyd olunur ki, 30 dəniz reysi təxirə salınıb.

Xatırladaq ki, sonuncu dəfə Türkiyədə dəniz reysləri noyabrın 1-də güclü külək və leysan yağışları səbəbdən təxirə salınmışdı.

Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır