Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

"Gəmi elektriki" ixtisası üzrə dənizçilik kursuna sənəd qəbulunun vaxtı uzadılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kolleci "gəmi elektriki" ixtisası üzrə dənizçilik kursuna sənəd qəbulu 18 oktyabradək uzadılıb.

Kursun təhsil müddəti 6 aydır, təhsil haqqı 1180 AZN təşkil edir.

Qeyd edilən ixtisas üzrə təhsil almaq istəyən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Direktorun adına ərizə (ixtisas göstərilməklə);

Şəxsiyyət vəsiqəsi (əsli və surəti );

Orta təhsil (və yaxud orta ixtisas/ali təhsil) haqqında sənəd (əsli və surəti);

3×4 ölçülü foto – 6 ədəd.

Hərbi bilet (ancaq həqiqi hərbi xidmətdən keçənlər)

Sağlamlıq haqqında şəkilli arayış (forma 086);

(Arayış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər” poliklinikasından alınmalıdır)

QEYD:

Tibbi müayinəsiz heç bir sənəd qəbul edilmir.

Müəyyən xəstəliklərə və yaxud üzrlü səbəblərə görə hərbi xidmətə məhdud yararlı şəxslər kurslara qəbul olunmur.

Təqdim edilən əsas sənədlərin surətləri notariat kontorunda təsdiqlənməlidir.

Kursa həqiqi hərbi xidmətdən keçmiş, tam sağlam və dənizdə işləmək üçün yararlı namizədlər qəbul olunur.  Kursa uğurla bitirmiş namizədlərə təhsil haqqında müvafiq sertifikat verilir.

Qəbul komissiyasının yerləşdiyi ünvan:

Bakı ş, Xətai rayonu, Cavanşir küç. 3, 823-cü keçid.

Əlaqə telefonları:  (012) 371-34-30, (012) 371-03-24

“Dənizçilər” poliklinikasının ünvanı:

Bakı ş., Kazım Kazımzadə küç., 120 “A”

(“Elmlər Akademiyası” m/st, Gömrük Hospitalın yanı)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır