Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Azərbaycan Dənizçilik Kolleci sıravi heyət mütəxəssislərinin hazırlığı kurslarına qəbul elan edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kolleci  növbə matrosu, növbə motorçusu, gəmi elektriki ixtisasları üzrə dənizçilik kurslarına sənəd qəbulu elan edir.

Hər ixtisas üzrə 20 nəfərin qəbul olacağı kurslarda təhsil müddəti 6 aydır. Kurslar ödənişlidir və hər ixtisas üzrə 1180 AZN təşkil edir.

Qeyd edilən ixtisaslar üzrə təhsil almaq istəyən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Direktorun adına ərizə (ixtisas göstərilməklə);
  2. Şəxsiyyət vəsiqəsi (əsli və surəti );
  3. Orta təhsil (və yaxud orta ixtisas/ali təhsil) haqqında sənəd (əsli və surəti);
  4. 3×4 ölçülü foto – 6 ədəd.
  5. Hərbi bilet (ancaq həqiqi hərbi xidmətdən keçənlər)
  6. Sağlamlıq haqqında şəkilli arayış (forma 086);

(Arayış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər” poliklinikasından alınmalıdır)

QEYD:

  1. Tibbi müayinəsiz heç bir sənəd qəbul edilmir.
  2. Müəyyən xəstəliklərə və yaxud üzrlü səbəblərə görə hərbi xidmətə məhdud yararlı şəxslər kurslara qəbul olunmur.
  3. Təqdim edilən əsas sənədlərin surətləri notariat kontorunda təsdiqlənməlidir.

Kurslara həqiqi hərbi xidmətdən keçmiş, tam sağlam və dənizdə işləmək üçün yararlı namizədlər qəbul olunur.  Kursları uğurla bitirmiş namizədlərə təhsil haqqında müvafiq sertifikat verilir.

Qəbul 07.10.2019 – 11.10.2019-cu il tarixlərində saat 10:00 -17:00-da aparılacaq. Dərslərin başlanma tarixi barədə isə əlavə elan veriləcək.

Qəbul komissiyasının yerləşdiyi ünvan:

Bakı ş, Xətai rayonu, Cavanşir küç. 3, 823-cü keçid.

Əlaqə telefonları:  (012) 371-34-30, (012) 371-03-24

“Dənizçilər” poliklinikasının ünvanı:

Bakı ş., Kazım Kazımzadə küç., 120 “A”

(“Elmlər Akademiyası” m/st, Gömrük Hospitalın yanı)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır