• Bakı, 2019-12-06,
Seanews
Heyder Eliyev

Dənizçilər arasında voleybol turniri keçiriləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında voleybol turniri keçiriləcək.

ASCO-nun idman üzrə 2019-cu ilə dair illik planına əsasən turnir 6-20 sentyabr tarixlərində  “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun stadionunda baş tutacaq.

Yarışda iştirak etmək istəyən ASCO-nun strukturlarında çalışan əməkdaşlar Sosial inkişaf və nəqliyyat şöbəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, voleybol üzrə turnirin təşkilində məqsəd dənizçilərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır