Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

sviri incəsənət müsabiqəsinə əsərlərin qəbulu müddəti başa ça

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında elan etdiyi təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika)  müsabiqəsinə əsərlərin qəbulu müddəti başa çatıb. Müsabiqəyə gənc rəssamlar tərəfindən böyük maraq olub. Şərtlərə uyğun bütün işlər təhvil alınaraq aktlaşdırılıb.  Müəyyənləşdirilmiş müddət ərzində “Təşkilat Komitəsinə” 100-ə yaxın əsər daxil olub. Qaydalara uyğun olaraq növbəti mərhələdə – sentyabrın 5-dən – 15-dək əsərlər “Facebook” sosial şəbəkəsi üzərindən açıq səsverməyə çıxarılacaq. Bütün iştirakçılara bərabər hüquq yaradılacaq.  Belə ki, əsərlər eyni gündə vahid albom şəklində “Facebook” da yerləşdiriləcək. Eyni zamanda, xüsusi proqram vasitəsi ilə saxta səslərin verilməsinin qarşısı alınacaq.  “Təşkilat Komitəsi” bütün iştirakçıları aktiv olmağa dəvət edir. Əsərlər BU SƏHİFƏ üzərindən paylaşılacaq. “Facebook” səsverməsinin keçirildiyi müddətdə əsərlər paralel olaraq peşəkarlardan ibarət münsif heyətinə təqdim olunacaq. Ümumi müsabiqənin qalibləri “Facebook” səsverməsinin nəticələri və münsiflərin rəyi ilə  müəyyən olunacaq. Şəffaflığın təmin edilməsi üçün əsərlər səsverməyə kodlaşdırılmış formada çıxarılacaq. Qaliblərin adı sentyabrın sonunda açıqlanacaq. Daha sonra Bakının böyük sərgi salonlarının birində bütün əsərlərdən ibarət üç günlük sərgi keçiriləcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır