Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Kaliforniyanın şimal hissəsindən keçən bütün konteyner yüklərinin 99%-i Oklend limanında aşırılır

2022-ci ilin avqustunda Oklend limanının (Kaliforniya, ABŞ) konteyner dövriyyəsi 155,68 min TEU təşkil edib ki, bu da 2021-ci ilin avqust ayı (169,6 min TEU) ilə müqayisədə 8% azdır.

“Seanews.az”ın məlumatına görə,  idxal edilən konteyner yüklərinin aşırılması 2021-ci ilin avqustundakı 97,85 min TEU ilə müqayisədə 10,2% azalaraq 87,84 min TEU təşkil edib. Hesabat ayında yüklənmiş ixrac konteynerlərinin həcmi bir il əvvəlki 71,75 min TEU-ya qarşı (-5,5%) 67,84 min TEU təşkil edib.

2022-ci ilin yanvar-avqust aylarında limanda idxal olunan malların həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5% azalıb.

Limandan verilən məlumat Asiyadan ABŞ-a daşınan yüklərin tariflərinin aşağı düşməkdə davam etdiyi və bu, idxal tələbinin azaldığını göstərir. Konteyner gəmiləri yanalma məntəqəsində iki gün və ya daha çox gözləməli olduqda, limanın konteyner meydançalarında tıxaclar səbəbindən yüklərin idarə edilməsində gecikmələrlə üzləşir.

Limanın rəhbərliyi Oakland Dəniz Limanı (Kaliforniya, ABŞ) ilə yanaşı, Oakland Beynəlxalq Hava Limanı və təxminən 32,2 km sahil xəttini əhatə edən nəqliyyat və logistika kompleksini idarə edir. Oakland ABŞ-ın səkkiz ən böyük dəniz limanından biridir. Kaliforniyanın şimal hissəsindən keçən bütün konteyner yüklərinin 99%-ə qədəri bu limanda işlənilir. Liman kompleksinin işçilərinin sayı 84 min nəfəri ötür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır