Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Aİ ölkələri LNG idxalı üçün 20 terminal gəmisindən istifadə edəcəklər

Yaxınlaşan qış dövrü fonunda Avropa İttifaqı ölkələri ilin sonuna kimi digər ölkələrdən mayeləşdirilmiş təbii qaz alacaq 20-yə yaxın terminal gəmisindən istifadə etmək qərarına gəliblər.

Bu barədə çərşənbə günü “Associated Press” məlumat yayıb.

"LNG terminallarının istifadəsini artırmaq planları uzunmüddətli ekoloji nəticələrdən qorxan alimlərin narahatlığına səbəb olur. Onlar xəbərdarlıq edirlər ki, bu cür hərəkətlər Avropanın mayeləşdirilmiş təbii qazdan asılılığını artıracaq, bu qaz hasil edildikdə, nəql edildikdə və yandırıldıqda metan və karbon qazı buraxır, qlobal istiləşməyə səbəb olur”, - deyə agentlik bildirib.

LNG-nin əsas hissəsinin ABŞ-dan gəlməsi gözlənilir.

Massaçusets Texnologiya İnstitutunun iqlimşünası Con Stermanın fikrincə, bu cür fəaliyyət gələcək onilliklərdə qalıq yanacaqlardan asılılığı artıracaq və iqlimə zərər verəcək. Alim əlavə edib ki, yeni günəş və ya külək elektrik stansiyaları da qısa müddətdə Rusiya qazını əvəz etməyəcək.

Aİ-də enerji böhranı iyulun əvvəlində kəskinləşdi, o zaman Rusiyadan bir sıra Aİ ölkələrinə qaz tədarükündə ilk fasilələr yarandı. Bundan sonra Avropa Komissiyası Aİ ölkələrini Rusiya tərəfindən qaz tədarükünü tamamilə dayandırmağa fəal şəkildə hazırlaşmağa və Avropa İttifaqının bütün dövlətləri tərəfindən “mavi yanacaq” istehlakını könüllü olaraq  1 avqust 2022-ci ildən 31 mart 2023-cü il tarixinədək olan dövr üçün 15%. azaltmaq planını həyata keçirməyə çağırıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır