Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

“MSC Cargo Passion III” gəmisi yeni kanalla Baltimor limanına yan alıb

Təxminən 50 000 ton qırıntının çıxarılması üçün ABŞ səlahiyyətliləri Baltimor limanına 36 barj, 27 yedək gəmisi, 22 üzən kran, 10 ekskavator, bir yerqazan və üç sahil mühafizəsi katerindən ibarət böyük bir donanma yığıb.

“Seanews.az” xəbər verir ki, qəzadan beş həftə sonra konteyner gəmiləri ABŞ-nin şərq sahilindəki Baltimor limanına daxil olmağa başlayıb. Aprelin 28-də 2872 ton yükgötürmə qabiliyyətinə malik “MSC Cargo Passion III” gəmisi yeni çəkilmiş 12 metr dərinliyi olan kanalla liman körpüsünə yan alıb. Gəmi təxminən 1000 konteyner gətirib.  “MSC Cargo Passion III” limanı tərk etdikdən sonra dərin kanal yenidən müvəqqəti bağlanacaq.

2024-cü ilin ən pis gəmi qəzasından sonrakı ayda 171 ticarət gəmisi dörd alternativ kanaldan tranzit keçib.

Xatırladaq ki, martın 26-da Baltimordan Kolomboya üzən Sinqapur bayraqlı “Dali” konteyner gəmisi 1,6 mil uzunluğundakı “Francis Scott Key” körpüsünün dayaq tirinə çırpılaraq onu dağıdıb. Hadisə nəticəsində 6 nəfər ölüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır