Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

BMT Qırmızı dənizdə fəlakətin qarşısını almaq üçün vəsait axtarır

Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməni neft dağılmasından xilas etmək üçün vəsait toplayır.

“Reuters”-in məlumatına görə, 144 milyon dollara ehtiyacı var ki, bunun da 80 milyon dolları əməliyyatın birinci mərhələsi üçün lazımdır.

Təxminən 150 min ton yük daşıyan “Safer” tankeri 2015-ci ildə Qırmızı dənizdə saya oturub. Mütəxəssislər ehtiyat edirlər ki, vəziyyətinin getdikcə  pisləşməsi gəminin dağılmasına gətirib çıxara və ekoloji fəlakətə səbəb ola bilər ki, onun miqyası, 1989-cu ildə Alyaska yaxınlığındakı “Exxon Valdez” tankerinin fəlakətindən 4 dəfə böyük olacaq. Onda dənizə 35 min ton neft tökülmüşdü.

Bu günə qədər BMT 10-dan çox ölkədən 64 milyon dollar, kraudfanding vasitəsilə isə 142 min dollar alıb. Bundan əlavə, Yəmənin ən böyük şirkətlərindən biri – “HSA Group” keçən ay 1,2 milyon dollar ayırıb. O, ətraf mühitin mühafizəsi üzrə əməliyyata vəsait ayıran ilk özəl şirkətdir.

BMT qeyd edir ki, vəsait yığımı ləng gedir və onlar özəl biznesin köməyinə ümid edirlər. Təşkilat daha 5 milyon dollar toplamaq ümidi ilə sentyabr ayında yenidən kraudfandingə başlayacaq.

BMT, ianə verməyi öhdəsinə götürmüş donorlardan və kömək etmək iqtidarında olan digər şəxslərdən mümkün qədər tez yardım etmələrini xahiş edir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır