Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Birləşdirilmiş şirkətlər Braziliyada liman terminallarının ən böyük müstəqil operatoruna çevriləcəklər

“Macquarie Asset Management” tərəfindən idarə olunan “Macquarie İnfrastructure Partner” (“MIP”) qeyri-ictimai infrastruktur fondu Braziliya terminal operatoru “Corredor Logistica e Infraestrutura”-a (“CLI”) investisiya qoymaq üçün müqavilə bağlayıb.

“Seanews.az” xəbər verir ki, “CLI”-yə investisiya ilkin səhm emissiyası vasitəsilə həyata keçiriləcək. Müqavilə bağlandıqdan sonra “MIP”, “CLI”-nin hazırkı sahibi olan “IG4 Capital” ilə birgə 50% pay alacaq. Müqavilənin şərtlərinə əsasən, “MIP V” şirkəti  “CLI” tərəfindən buraxılmış yeni imtiyazlı səhmlərə də abunə olacaq.

“CLI” İthaka limanında yerləşən və Braziliyanın Maranhao taxıl terminalını idarə edən dörd şirkətdən biridir. Şirkət ixrac kənd təsərrüfatı yüklərinin aşırılması seqmentində terminal infrastrukturunun və liman logistikasının inkişafı ilə məşğuldur.

“MIP V” investisiyası “CLI”-yə “Rumo”dan “Elevaçоes Portuárias” (“EPSA”) səhmlərinin 80%-ni almağa kömək edəcək.

“EPSA” Braziliyanın ən böyük şəkər və taxıl terminalıdır. Braziliyanın ən böyük dəmir yolu operatoru olan “Rumo”, “CLI” ilə birlikdə “EPSA”-nın 20%-lik səhmdarı olaraq qalacaq.

Əməliyyat başa çatdıqdan sonra birləşmiş “CLI” və” EPSA”  müəssisəsi Braziliyanın əsas taxıl və şəkər bölgələrinə nəzarət edəcək və bu ölkənin kənd təsərrüfatı limanlarının ən böyük müstəqil operatoru olacaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır