Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

BƏƏ-nin ən böyük liman operatoru Gürcüstan nəqliyyat layihələrinə maraq göstərir

 BƏƏ-nin ən böyük liman operatorlarından biri olan "Abu Dhabi Ports"un nümayəndələri Gürcüstanda səfərdədirlər.

Trend xəbər verir ki, şirkətin meneceri Samir Çaturvedi ilə Gürcüstan baş nazirinin müavini, İqtisadiyyat Nazirliyinin rəhbəri Levan Davitaşvili görüşüb.

Görüşdə Gürcüstan və BƏƏ arasında ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Dəniz nəqliyyatı və logistika sahəsində əməkdaşlığın inkişafına və bu sahələrdə investisiya imkanlarına xüsusi diqqət yetirilib.

Qonaqlara gələcək planlar barədə məlumat verilib və ölkədə həyata keçirilən cari iri nəqliyyat infrastrukturu layihələrinin təqdimatı keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır