Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Britaniyanın təyyarədaşıyan gəmisi təlimlərə gedərkən sıradan çıxıb

Böyük BritaniyanınHərbi Dəniz Qüvvələrinin ən böyük və yeni təyyarədaşıyan gəmisi “HMS Prince of Wales” ABŞ ilə birgə təlimlərdə iştirak etmək üçün limanı tərk etdikdən qısa müddət sonra sıradan çıxıb.

“Seanews.az”-ın məlumatına görə, hazırda 65 min ton yükgötürmə qabiliyyətinə malik təyyarədaşıyan gəmi “mexaniki problem” səbəbindən Uayt adası yaxınlığında, La-Manş boğazında lövbər salıb. Mütəxəssislər problemi aradan qaldırmaq üçün gəmiyə baxış keçirirlər.

Gəminin sağ pərvanəsinin zədələndiyi ehtimal olunur.

Təmir bir neçə gün çəkə bilər, bundan sonra təyyarədaşıyıcı planlaşdırılmış marşrut üzrə hərəkətini davam etdirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır