Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Fransa Britaniyanın La-Manş boğazını çirkləndirməsindən narahatdır

La-Manş Böyük Britaniya və Fransa arasında kanalizasiya sularının axıdılması ilə bağlı qalmaqalın episentrinə çevrilib.

“Report” xəbər verir ki, bu barədə Le Figaro məlumat yayıb.

Artıq bununla bağlı bir qrup fransalı deputat Avropa Parlamentinin Ətraf Mühit, Okeanlar və Balıqçılıq üzrə Avropa Komissiyasının üzvü Virginiyus Sinkeviçiusa məktub ünvanlayıb.

“Biz bu ölkə ilə (Böyük Britaniya nəzərdə tutulur - Red) paylaşdığımız dəniz suyunun keyfiyyəti, onunla birlikdə dəniz biomüxtəlifliyi, həmçinin balıqçılıq və qabıqlı balıqlar üçün mənfi nəticələrdən qorxuruq”, məktubda deyilir.

Bundan əvvəl güclü yağışlar Britaniya şəhərlərində kanalizasiya sistemlərinin daşmasına səbəb olmuş, çirkli su La-Manş kanalına və Şimal dənizinə daxil olmuşdu. Bir çox yerli çimərliklər suyun çirklənməsi barədə məlumat verib


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır