Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

İtaliya sahillərində 40 metrlik super yaxta batıb

İtaliyanın Katanzaro sahillərindən təxminən 15 kilometr uzaqlıqda göyərtəsinə su dolmağa başlayan 40 metr uzunluğunda super yaxta batıb.

AZƏRTAC xəbər verir ki, yardım çağırışından sonra Avropa Sərhəd və Sahil Mühafizə Xidməti adından Rumıniyaya məxsus bir gəmi və daha bir patrul gəmisi bölgəyə göndərilib. Çanaqqalanın Gelibolu bölgəsindən yola düşərək Milazzoya gedən super yaxtadakı 4 sərnişin və 5 ekipaj üzvü xilas edilib.

Super yaxta xilasedici yedək gəmisi ilə limana çatdırılan zaman tamamilə batıb. Əlverişsiz hava şəraitinin əməliyyatın həyata keçirilməsinə mane olduğu bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır