Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Yaponiya sahillərində tanker quru yük gəmisi ilə toqquşub

Yaponiyanın Honsyu adasının cənub sahilindəki Kuşimoto limanı yaxınlığında kimyəvi yük daşıyan tanker quru yük gəmisi ilə toqquşub.

"Seanews.az" xəbər verir ki, hadisə avqustun 20-nə keçən gecə baş verib. 

 “Ryoshin Maru” tankeri Yaponiyaya məxsusdur. “Xin Hai 99” quru yük gəmisi isə Beliz bayrağı altında üzür. Toqquşma Kuşimotodan təxminən 2 dəniz mili məsafədə baş verib. Hadisə zamanı heyət üzvlərindən heç biri xəsarət almayıb, lakin quru yük gəmisinin gövdəsi zədələnib, kiçik yanacaq sızıntısı var.

“Maritime Executive sənaye portalının  məlumatına görə, “Xin Hai 99” arxası batmış vəziyyətdə bir qədər sağa əyilib. Görülən tədbirlər gəminin suda dayanıqlığını qoruyub saxlamağa imkan verib. Tankerin isə ön hissəsində kiçik zədələr, o cümlədən su xəttinin üstündə gövdə qırıqları aşkar edilib.

Hazırda xilasetmə xidmətləri hadisə yerində çirklənmənin qarşısını almağa çalışırlar. Yaponiya Sahil Mühafizəsi toqquşmanın səbəblərini araşdırır.

Tanker boş şərqə, Kaşimaya gedirmiş, quru yük gəmisi isə polad yükü ilə  qərbə doğru hərəkət edirmiş.

“Xin Hai 99” quru yük gəmisinin heyəti “Ryoshin Maru” tankerini onların gəmisinə doğru qəfil dönüş etməkdə günahlandırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır