Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Heyət çatışmazlığına görə kruizlər ləğv edilir

COVİD-19-dan sonra səyahətlərə tələbat artmaqdadır, sərnişinlər gəmilərə xidmətçilərdən daha tez qayıdırlar.

“Seanews.az”-ın məlumatına görə, “Carnival Corp”-a daxil olan “Princess Cruises” şirkəti sərnişinlərə xidmət göstərəcək kimsənin olmaması səbəbindən “Diamond Princess”-in payıza planlaşdırılan 11 səfərini ləğv etmək məcburiyyətində qalıb. “Carnival P&O Cruises”-un tərkibində başqa bir şirkət yeddi səfəri ləğv edib.

Digər böyük kruiz operatoru olan “Norwegian Cruise Line Holdings” də kadr çatışmazlığına görə, ”Pride of America” laynerinə  bilet satışını məhdudlaşdırıb. Gəmi Havay adalarına səfər edir və səyahətçilərin əsasən ABŞ vətəndaşları olması tələb olunur.

“Bloomberg”-in həmsöhbətlərindən birinin, dəniz hüququ üzrə ixtisaslaşmış hüquqşünasın izah etdiyi kimi, kruiz gəmilərinin heyəti arasında Amerika vətəndaşlarının/rezidentlərinin 5%-dən az olduğu təxmin edilir - orada iş çox, maaşlar aşağıdır.

“Carnival Cruise Line” səfərləri ləğv etməsə də, laynerdə bir çox tədbirlərin keçirilməsini mədudlaşdırıb.

Ümumiyyətlə, sərnişinlərin pandemiyadan əvvəlki dövrlə müqayisədə xidmət səviyyəsinin aşağı düşməsindən şikayət etmələrinə baxmayaraq, kruizlərə tələbat artmaqda davam edir və demək olar ki, bütün yerlər əvvəlcədən tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır