Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-16,
Seanews
Heyder Eliyev

Rusiya Federasiyasının və Çinin gəmiləri Yaponiyanın Senkaku adalarından keçib

Çin və Rusiyanın hərbi gəmiləri iyulun 4-də Şərqi Çin dənizindəki Senkaku (Diaoyu) adaları yaxınlığında görünüb.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, bu adalar Yaponiya ilə Çin arasında mübahisə obyektidir. Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri də həftə sonları bu zonaya daxil olub.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya gəmisi saat 7:05-dən 8:16-dək akvatoriyada olub. Nazirlikdə hesab edirlər ki, gəmi qasırğadan yayınmaq istəyib. Çin freqatı Rusiya gəmisinin arxasınca gedib və 07:44-dən təxminən altı dəqiqə mübahisəli ərazidə qalıb. 2016-cı ilin iyunundan bəri ilk dəfədir ki, Çin və Rusiya hərbi gəmiləri təxminən eyni vaxtda əraziyə daxil olub.

Tokio Pekinə etiraz edib. Yaponiya Nazirlər Kabinetinin sözçüsü Seydzi Kihara bildirib ki, Yaponiya bu cür hərəkətlərə “qəti, lakin sakit” cavab verəcək. Rusiya hələ ki, hadisə ilə bağlı şərh verməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır