Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-02,
Seanews
Heyder Eliyev

IMO Hörmüz boğazındakı vəziyyətlə bağlı bəyanat yaydı

“Seanews.az” xəbər verir ki, Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominguezin Hörmüz boğazındakı vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:   

"Ticarət gəmilərinə edilən hücumlar nəticəsində azı bir ölüm hadisəsi və bir neçə dənizçinin yaralanması barədə xəbərlərdən dərin narahatlıq keçirirəm. Günahsız dənizçilərə və ya mülki gəmiçiliyə qarşı heç bir hücum heç vaxt haqlı sayıla bilməz. Bu heyətlər sadəcə öz işlərini yerinə yetirir və geniş geosiyasi gərginliklərin təsirindən qorunmalıdır.

Naviqasiya (gəmiçilik) azadlığı beynəlxalq dəniz hüququnun fundamental prinsipidir və istisnasız olaraq bütün tərəflər tərəfindən buna hörmət edilməlidir.

Mən vəziyyəti yaxından izləyirəm və bütün gəmiçilik şirkətlərini maksimum ehtiyatlı olmağa çağırıram. Mümkün olduğu hallarda, vəziyyət yaxşılaşana qədər gəmilər təsirə məruz qalmış bölgədən keçməkdən çəkinməlidir.

Mən həmçinin bütün maraqlı tərəfləri dezinformasiyaya qarşı ayıq-sayıq olmağa və naviqasiya qərarları qəbul edərkən yalnız yoxlanılmış, mötəbər mənbələrə etibar etməyə çağırıram.

Dualarım yaralanan dənizçilər və onların ailələri ilədir. Onların təhlükəsizliyi və rifahı bizim ən yüksək prioritetimizdir. IMO təhlükəsiz naviqasiyanı dəstəkləmək və mülki dənizçilərə heç vaxt zərər verilməməsi prinsipini qorumaq üçün üzv dövlətlər və tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcək."


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır