Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Britaniya esminesləri modernləşdirir

Britaniya Hərbi Dəniz Qüvvələrinin “Type 45” esmineslərinin modernləşdirilməsinə başlayır.

Modernləşdirmə çərçivəsində “Type 45” esminesləri gəmi əleyhinə ballistik raketləri aşkar edib məhv edə bilən balistik raketdən müdafiə qabiliyyətinə malik olacaq. Bu, Britaniyanı həmin qabiliyyətə malik olan ilk Avropa ölkəsi edəcək.

Yeni modernləşdirmə Britaniya Qüvvələrinə dənizdə gəmi əleyhinə ballistik raketlərin yaratdığı artan təhlükələrlə mübarizə aparmağa kömək edəcək.

“Naval News” nəşrinin yazdığına görə, layihənin dəyəri 300 milyon funt sterlinqdən çox olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır