Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Çində gəmi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb

Çinin cənubundakı Quandon vilayətindəki Sician çayında hərəkət edən gəminin körpünün dayaqlarından birinə çırpılaraq batması nəticəsində gəmin heyət üzvlərindən 4 nəfər itkin düşüb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə aprelin 22-də gecə saatlarında Foşan şəhərində baş verib. Hadisə yerinə gələn xilasedicilər gəminin heyət üzvlərindən 7 nəfəri xilas edə bilib. Hazırda itkin düşənlərin axtarışları davam edir.

Ekspertlərin ilkin rəyinə əsasən körpüyə ciddi ziyan dəyməsə də, dayaqda cızıqlar əmələ gəlib. Ciucian körpüsünün üzərində avtomobillərin hərəkəti dayandırılıb, çayda isə gəmilərin hərəkətinə nəzarət artırılıb.

Qeyd edək ki, 1988-ci ildə inşa edilən 1600 metr uzunluğundakı Ciucian körpüsü Foşan şəhərinin eyniadlı qəsəbəsini qonşu Heşan şəhəri ilə birləşdirir. 2007-ci ildə baş verən oxşar hadisə zamanı körpünün 200 metrlik hissəsi dağılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır