Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

Lonq-Biç limanının modernləşdirilməsinə 4 milyard dollar sərf olunacaq

ABŞ-ın Lonq-Biç limanının konteyner dövriyyəsi 2024-cü ilin yanvar-mart aylarında 16,4% artaraq 2 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, bu barədə liman administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Mart ayı ərzində Lonq-Biç limanının konteyner terminalları 654 min TEU aşırıb ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə 8,3% çoxdur.

O cümlədən, idxal konteynerlərinin həcmi 8,4% artaraq 302,5 min TEU, boş konteynerlərin həcmi isə 28,9% artaraq 246,5 min TEU olub. İxrac konteynerlərinin aşırılması isə əksinə, 21,3% azalaraq 105 min TEU təşkil edib.

Artıq yeddinci aydır ki, limanın yük dövriyyəsində artım qeydə alınır. Yüklərin həcminin artması ölkənin istehlak bazarında artan tələblə bağlıdır.

1911-ci ildə əsası qoyulmuş Lonq-Biç limanı bu gün dünyanın aparıcı dəniz limanlarından biridir. 175 gəmi xətti ilə 217 limandan yük qəbul edən Lonq-Biç limanında hər il 180 milyard dollardan çox beynəlxalq yük aşırılır. Lonq-Biç limanının administrasiyası yükaşırma vasitələrini modernləşdirmək üçün 4 milyard dollarlıq investisiya proqramı həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır