Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

"Rusiya balıqçı gəmilərinin tikintisini sanksiyalardan asılı olmayaraq başa çatdıracaq"

İnvestisiya kvotalarının birinci mərhələsi çərçivəsində balıqçı gəmilərinin tikintisi sanksiyalardan asılı olmayaraq başa çatdırılacaq.

“Seanews.az” xəbər verir ki, bu barədə Rusiya Balıqçılıq üzrə Federal Agentliyin rəhbəri İlya Şestakov məlumat verib. O əlavə edib ki, hazırda balıq ovunun həcmi nəzərdə tutulandan da artıqdır.

Qurumun rəhbərinin sözlərinə görə, gəmilərin kifayət qədər böyük hissəsi üçün idxal olunan avadanlıq daha əvvəl alındığı üçün gəmilərin tikintisi üzrə işlər lazımi templə davam etdiriləcək.

İdarənin başçısı bildirib ki, alternativ tədarükçülər var, onlarla Sənaye və Ticarət Nazirliyi məşğul olur. Çin və yerli istehsalçılar nəzərdən keçirilir. Hazırda Rusiya balıqçılıq donanması üçün 100 gəmi tikilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır