Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Avropalı podratçılar Arktikanı tərk edirlər

Avropadan olan dibdərinləşdirmə şirkətləri Rusiyanın Arktika infrastruktur layihələrində iştirakdan imtina ediblər.

“Seanews.az” xəbər verir ki, imtina səbəblərindən biri Avropa ittifaqının Rusiyaya qarşı sanksiyalarıdır. Ümumilikdə “böyük dördlük” – “Van Oord”, “Boscalis”, “Jan de Nul”, “Deme” şirkətləri Arktikanı tərk edibər. Onlar 2022-ci ilin fevral ayından etibarən Rusiya limanlarında dərinləşdirmə əməliyyatlarının 98%-dən çoxunu təmin ediblər.

Bu gün Rusiyanın qazma bazarı xarici iştirakdan asılıdır. Dünyada Arktikada məhdud naviqasiya müddəti şəraitində lazımi hərəkətləri yerinə yetirə bilən cəmi beş şirkət var. Bunlar "böyük Avropa dibdərinləşdirmə dördlüyü" və Çinin “SSCC” şirkətidir.

Rusiya dəniz texniki donanması tərkibi, məhsuldarlığı, texniki təchizatı və texnologiyaları baxımından onlardan geri qalır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır