Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Limanlarda qalan buğdanın bir hissəsinin ixracına icazə verilə bilər

Hindistan hakimiyyəti ölkənin limanlarında qalan buğdanın bir hissəsini satışa çıxarmağa icazə verməyi nəzərdən keçirir.

“Seanews.az” xəbər verir ki, Hindistanın mayın 14-də ixracına qadağa qoymasından sonra buğdanın daşınması dayanıb. Bu səbəbdən limanlarda 1,8 milyon tondan çox buğda ilişib qalıb.

Baş nazir Narendra Modinin hökuməti ixracatçıların buğdanın ixracına qoyulan qadağanın yumşaldılması tələbini öyrənir. "Biz iddiaların əsaslılığını yoxlayacağıq və heç bir real treyder təqib edilməyəcək",- deyə Hindistan hökumətindəki adı açıqlanmayan mənbə bildirib.

2022-2023-cü maliyyə ilində Hindistan rekord həddə - 10 milyon ton buğda ixrac etməyi planlaşdırırdı. Qiymətlərin artması ilə əlaqədar onun ixracına qadağa qoyulması qərara alınıb. İki gün sonra Avropada buğdanın qiyməti bir ton üçün 438,25 avro olmaqla mütləq rekordu qırdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır