Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

“TCG Anadolu” gəmisinə görə təyyarələrdə dəyişiklik ediləcək

Türkiyənin “TCG Anadolu” gəmisinə görə “Hürjet” təyyarələrində layihə dəyişikliyi ediləcək.

“Ordu.az” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir “TRT Haber”a müsahibəsi zamanı məlumat verib.

“Hazırda dizaynerlər “Hürjet”in  enişi və qalxması üzərində işləyirlər. O, həm eniş qabiliyyətinə, həm də dəniz nəqliyyat vasitələrini, quru elementlərini və hava elementlərini daşıyacaq güc qurğusu platformasına malik olacaq. Əvvəlcə planlaşdırıldığı kimi, heç bir PUA yerləşdirilməsi yox idi. İndi buna uyğun olaraq layihə dəyişiklikləri edilir. “Hürjet”i 2023-cü ildə görəcəyimizi ümid edirik”, -deyə Dəmir bildirib.

“Anadolu” gəmisinin isə bu il istismara verilməsi nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır