Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Oxot dənizində balıqçı gəmisi batıb

Oxot dənizində, Oxot qəsəbəsi yaxınlığında, yükü başqa su nəqliyyatı vasitəsinə yükləyərkən, “Fransiskan №1”  balıqçı gəmisi getdikcə yana daha çox əyilib və nəticədə batıb.

“Seanews.az” xəbər verir ki,  gəmidə 8 heyət üzvü olub, hamısı təxliyə edilib, ölən və yaralanan yoxdur.

Rusiyanın Vanino limanı qeydiyyatında olan gəminin sahibi “İnya Balıqçılıq Arteli” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Faktla bağlı istintaq orqanları tərəfindən tədqiqat aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır