Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Fransada Sena çayı ilə daşımaları artırmaq yolları axtarılır

Fransanın “Haropa Port”  limanlar birliyi tərəfindən elan edilən tenderin əsas məqsədi Paris, Rouen və Havr şəhərləri arasında Sena çayı ilə daşımalara yeni təkan verməkdir.

“Seanews.az” xəbər verir ki, hazırda Havra dəniz yolu ilə çatdırılan bütün mal və materialların 85%-i yük maşınları ilə Paris və Ruana daşınır. Aqlomerasiyaların Sena çayının sahillərində yerləşməsi çay nəqliyyatı ilə alternativ çatdırılmanı mümkün edir. Bu həm də ekoloji cəhətdən sərfəlidir - çay barjlarından istifadə zamanı hər ton yükə düşən karbon qazı emissiyasının miqdarı yük maşınlarının daşınması ilə müqayisədə beş dəfə azdır.

Çay nəqliyyatı ilə yüklərin çatdırılmasının digər üstünlükləri arasında səs-küy səviyyəsinin aşağı olması, ətraf mühitə daha az zərər vurulması, yanacaq sərfiyyatı baxımından sərfəlilik və yollarda hərəkətin azalması da var.

Sena çayı üzrə yük dövriyyəsi Fransanın bütün çay daşımalarının yarısını təşkil edir - 2021-ci ildə bu, 21 milyon ton olub.

Bu rəqəmlər Senadan kifayət qədər istifadə edilmədiyini nümayiş etdirir. Müsabiqənin təşkilatçıları ümid edirlər ki, iştirakçılar yeni texniki həllərlə yanaşı, iqtisadi layihələr də təklif edə biləcəklər. Belə ki, indiyə qədər Sena ilə daşıyanların problemi Parisə mal çatdıran barjların geri boş qayıtması və Havra daşınması üçün yük bazasının tapılmaması idi. Boş qayıtma daşıyıcının maliyyə yükünü artırır. Bu, həm qalaq yüklərin çatdırılmasına, həm də konteyner daşınmasına aiddir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır