Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Bəzi kruiz şirkətləri Rusiya bazarı ilə əməkdaşlığı dayandırıblar

“Carnival Cruise Line”, “Princess Cruises” və “Costa Cruises” kruiz şirkətləri Rusiya bazarı ilə əməkdaşlığı dayandırıblar, lakin əvvəllər bilet almış ruslar səyahət edə biləcəklər.

“Seanews.az xəbər veriri ki, “Cunard Line”, “Holland America Line Cruises”, “Regent Seven Seas Cruises”, “Seabourn Cruise Line” şirkətləri də may ayının əvvəlində, lakin rəsmi xəbərdarlıq etmədən oxşar addımlar atıblar.

Bundan əvvəl, aprel ayında Rusiya bazarında daha az tanınan ekspedisiya kruiz şirkəti “Quark Expeditions” rus müştərilərini kruizlərlə bağlı mümkün çətinliklər barədə məlumatlandırıb və satın alınan səyahət üçün pulu dərhal geri qaytarmağı təklif edib.

Rəsmi bildirişdə belə bir qərarın bir sıra dövlətlərin Rusiya Federasiyasına qarşı sanksiyaları ilə əlaqəli olduğu qeyd edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır