Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Arktika” tipli gəmilər qalınlığı üç metrə çatan buzları qıra bilər

“Arktika” tipli gəmilər qalınlığı üç metrə çatan buzları qıra bilər.

“Seanews.az”  xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin rəhbərinin müavini Aleksey Bezprozvannıx Federasiya Şurasında çıxışı zamanı bildirib.

Aleksey Bezprozvannıxın sözlərinə görə, ”22220” layihəli nüvə enerjisi ilə işləyən 60 meqavatlıq beş buzqıran gəmisindən ikisi - "Arktika" və "Sibir" artıq “Atomflot”-a təhvil verilib. Digəri “Ural” serialıdır, 85 faiz hazırdır və prinsipcə bu ilin sonuna kimi təhvil veriləcək.

Nazir müavini vurğulayıb ki, “Ural” buzqıran gəmisinin tikintisini başa çatdırmaq üçün lazım olan hər şey artıq alınıb.

“Digər iki seriyalı buzqıran  və dünyanın ən güclü buzqıran gəmisi “Lider” üçün riskləri orta hesab edirik, çünki Rusiya gəmiqayıranlarının və “Rosatom”un bu nüvə enerjisi ilə işləyən gəmilər üçün əsas gəmi avadanlıqlarını istehsal etmək təcrübəsi var,” – deyə Bezprozvannıx əlavə edib.

”22220” layihəli gəmilər dünyanın ən böyük və ən güclü buzqıranlarıdır. Onlar ümumi gücü 60 meqavat olan altı elektrik mühərrikini qidalandıran “RITM-200” nüvə reaktorları ilə təchiz olunub. “Arktika” tipli buzqıran gəmilər qalınlığı üç metrə çatan buzları qıra bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır