Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

İspaniya nə Rusiya tankerini, nə də onun gətirdiyi yükü daşımağa cəhd edən gəmini öz sularına buraxmayıb

“Seanews.az” xəbər verir ki,  İspaniya Malta bayrağı altında üzən və anbarlarında  daha əvvəl Rusiyanın “Andrey Pervozvanniy” tankeri ilə gətirilən yüklər olan  “Black Star” gəmisini  öz sularına buraxmayıb.

Hələ aprelin 25-də Rusiyanın “Andrey Pervozvanniy” tankerinin Barselona limanına girişinə rəsmən icazə verilməyib. Bununla belə, onun yükü – gətirdiyi texniki palma yağı sonra Malta adasından 12,5 mil şimal-qərbdə, yeddi ərazi sularının sərhəddində “Black Star” gəmisinə vurulub ki, bu da “SafeSeaNet” sistemi sayəsində Avropa Dəniz Təhlükəsizliyi Agentliyinə məlum olub.

Qeyd edək ki, “SafeSeaNet” yükdaşımaların monitorinqi və məlumat sistemidir. Müşahidə məlumatlarına görə, yükün Rusiya gəmisindən Malta gəmisinə  aşırılması 29 saat ərzində - aprelin 24-ü səhər saat 6:40-dan aprelin 25-i səhər saat 12:20-dək həyata keçirilib.

Avropa Dəniz Təhlükəsizliyi Agentliyi Aİ-yə üzv dövlətlərə xəbərdarlıq edir ki, məqsədi Avropa sanksiyalarından yayınmaq olan bu cür yükdaşıma növləri qadağandır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır