Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Yaponiyada kruiz gəmisinin batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Həftə sonu Yaponiyanın şimalında, Hokkaydo sahillərində KAZU 1 kruiz gəmisinin batması nəticəsində azı 14 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Bundan əvvəl hadisə nəticəsində ölənlərin sayının 11 olduğu bildirilirdi.

Xatırldaq ki, aprelin 23-ü KAZU 1 kruiz gəmisindən batma haqqında siqnal daxil olub. Hadisə zamanı gəminin göyərtəsində ikisi azyaşlı olmaqla 24 sərnişin, kapitan və onun köməkçisi olub. Axtarış əməliyyatına Sahil Mühafizəsi və Yaponiya Özünümüdafiə Qüvvələri cəlb olunub.

Bundan əlavə, baş verənlərlə bağlı hökumət başçısının aparatı yanında məlumatların toplanması və təhlili üçün böhran qərargahı yaradılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır