Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

"Harri Truman" təyyarədaşıyan gəmisi Triest limanına yan alıb

Amerikanın “USS Harry S. Truman” təyyarədaşıyan gəmisi şənbə günü İtaliyanın Triest limanına daxil olub. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının məlumatında deyilir.

“Seanews.az” xəbər verir ki,  təyyarədaşıyan gəmi ilə birlikdə zərbə qrupuna daxil olan Norveçin “Fridtjof Nansen” freqatının da limanda olduğu qeyd edilir. Qrupun daha bir gəmisi - “San Jacinto” isə Venesiya yaxınlığındakı Marqera limanına yan alıb.

“Zərbə qrupu ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının əməliyyatları zonasında planlaşdırılmış yerləşdirmə rejimindədir və ABŞ, Avropa və Afrikadan olan müttəfiqləri və tərəfdaşlarının dənizdə sabitliyi və təhlükəsizliyi qorumaq və gücləndirməklə bağlı  dəniz əməliyyatlarına dəstək verməklə məşğuldur”, - deyə məlumatda bildirilir.

Aprelin əvvəlində Pentaqonun sözçüsü Con Kirbi ABŞ-ın müdafiə naziri Lloyd Ostin Aralıq dənizində “Harri Truman” nüvə təyyarədaşıyan gəmisinin başçılıq etdiyi aviadaşıyan zərbə qrupunun yerləşdirilməsinin müddətinin uzadılması barədə qərar qəbul etdiyini diqqətə çatdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır