Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Yaponiyada göyərtəsində 26 nəfər olan səyahət gəmisi yoxa çıxıb

Yaponiyanın dənizdə təhlükəsizlik idarəsinin əməkdaşları ölkənin şimalında yerləşən Hokkaydo adası sahillərində qəza xəbərdarlığı edən KAZU 1 səyahət gəmisini tapa bilmir.

AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, idarənin helikopterləri və gəmiləri insidentin baş verdiyi ərazidə axtarış əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 13:15-də (Bakı vaxtı ilə 8:15) KAZU 1 səyahət gəmisindən qəza siqnalı daxil olub və sonra gəmi ilə əlaqə kəsilib. İnsident zamanı gəminin göyərtəsində aralarında iki uşağın da olduğu 24 sərnişin, həmçinin kapitan və onun köməkçisi olub.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır