Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Cənubi Koreyanın gəmiqayırma zavodları “Qatar Energy” şirkətinin sifarişlərinə ümid bəsləyirlər

Cənubi Koreya gəmi inşaatçıları Qətərdən, xüsusən də “Qatar Energy” dövlət neft və qaz şirkəti Yaponiyanın “Mitsui O.S.K. Lines” (MOL) xətt daşıyıcısı ilə ilk mayeləşdirilmiş təbii qaz (LNG) tankeri üçün icarə müqaviləsini imzaladıqdan sonra böyük LNG tankeri sifarişləri gözləyirlər.

“Seanews.az” xəbər verir ki,  “MOL” Çinin “Hudong-Zhonghua Shipbuilding” gəmiqayırma zavoduna dörd mayeləşdirilmiş təbii qaz tankerinin tikintisi üçün sifariş verib. İnşası başa çatdırıldıqdan sonra Yaponiya gəmiçilik şirkəti həmin gəmiləri “Qatar Energy”-yə icarəyə verəcək və Qətərdə LNG layihəsi üçün “Qatar Energy” ilə “time charter” müqaviləsi imzalayan ilk şirkət olacaq.

Qətər dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalçılarından biridir və ölkə Northfield qaz yatağında hasilatı artırmağa davam edir. 2027-ci ilə qədər Qətərin dövlət şirkəti istehsal gücünü 77 milyon tondan 126 milyon tona qədər genişləndirməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır