Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Tunis sahillərində gəmi batıb

Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb.

Mənbənin məlumatına görə, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib.

Qabes xəstəxanasına çatdırılan zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir.

Bildirilir ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır