Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Finlandiya üzən LNG terminalını icarəyə götürür

Finlandiya, Estoniya ilə əməkdaşlıq edərək, Rusiyadan qaz tədarükünü mümkün qədər tez kəsmək üçün böyük mayeləşdirilmiş təbii qaz (LNG) terminalı - gəmisini icarəyə götürür.

“Seanews.az” xəbər verir ki, bu barədə Finlandiyanın Məşğulluq və İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Finlandiyanın Ətraf Mühit Nazirliyi “Gasgrid Finland Oy” qaz nəqli şirkətinə Estoniyanın “Eering AS” şirkəti ilə əməkdaşlıq çərçivəsində LNG terminal gəmisinin icarə şərtlərini müəyyənləşdirmək və razılaşdırmaqla layihəni ən qısa zamanda həyata keçirməyi tapşırıb.

Nazirlik bildirib ki, üzən LNG terminalı Rusiya boru kəməri qazının mərhələli şəkildə dayandırılmasını təmin etməyin ən sürətli yoludur.

"Ukraynadakı müharibə nəticəsində biz həm də qaz idxalının pozulmasına hazırlaşmalıyıq. Üzən LNG terminalı digər məsələlərlə yanaşı, iqtisadiyyatımızın qazla təminatının effektiv üsuludur. Səmərəli əməkdaşlığa görə Estoniya hökumətinə təşəkkür etmək istərdim”,-deyə iqtisadiyyat naziri Miki Lintila bildirib.

Finlandiya hökuməti terminalı gələn qışa qədər işə salmağa ümid edir. Terminal - gəminin son yeri Finlandiyanın cənubunda olacaq və təbii qaz nəqli şəbəkəsinə qoşulacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır