Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Gəmiçilik şirkəti gündəlik uçuşlar həyata keçirəcək

“A.P. Moller-Maersk” şirkəti “Maersk Air Cargo” hava şirkətinin yaradıldığını elan edib. Mövcud “Star Air” aviadaşıyıcısının aktivləri yeni şirkətə verilib.

“Seanews.az” xəbər verir ki, şirkətin baza hava limanı Danimarkanın ən böyük hava limanı olan Billund olacaq və buradan “Maersk Air Cargo” gündəlik uçuşlar həyata keçirəcək.

Avropadan “Maersk Air Cargo”-un beş təyyarəsi - iki yeni “B777F” və üç icarəyə götürülmüş “B767-300” uçacaq.

Çin və ABŞ arasında daşınmalar üçün üç yeni “B767-300” təyyarəsindən istifadə olunacaq. İlkin mərhələdə onları cəlb edilmiş daşıyıcı idarə edəcək.

Şirkət 2022-ci ilin ikinci yarısı ilə 2024-cü il arasında yeni təyyarə alacaq.

“Maersk Air Cargo”-nun bu ilin ikinci yarısında tam fəaliyyətə başlayacağı gözlənilir.

Xatırladaq ki, ötən ilin payızında “Maersk” hava daşımalarında ixtisaslaşmış qlobal yük ekspeditoru olan “Senator International”-ı almaq niyyətində olduğunu bəyan etmişdi. Bu il martın sonunda saziş Avropa Komissiyası ilə razılaşdırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır