Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Argentina hərbçiləri Rusiyanın köməyə ehtiyacı olan tədqiqat gəmisini yedəyə alıblar

Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Antarktida yaxınlığında Rusiyanın köməyə ehtiyacı olan “Professor Loqaçev” tədqiqat gəmisini yedəyə alıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Cənubi Amerika Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb:“Baia Agradable” hərbi dəniz gəmisi Polşanın Henrix adına Arstovsk stansiyası yaxınlığında saya oturan  Rusiyaya məxsus “Professor Loqaçev” tədqiqat gəmisinə kömək edib.”

Əməliyyat çərşənbə axşamı gecə baş tutub. "Professor Loqaçev" gəmisini xilas etməyə imkan verən "uğurlu yedəkləmə”dən sonra Argentina hərbçiləri zədələnmə ehtimalını istisna etmək üçün gəminin gövdəsini yoxlayıblar.

Gəmidə 29 nəfərin olduğu bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır