Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Koreyada dövlətə məxsus bank gəmiqayırma zavodunu işlətməyə razı olacaq yerli şirkət axtarır

“Seanews.az” xəbər verir ki,Avropa Komissiyası iki həftə əvvəl “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”) və “Hyundai Heavy Industries” (“HHI”) tərsanələrinin birləşdirilməsinə dair razılaşmanın qarşısını aldıqdan sonra Cənubi Koreya “DSME”-nin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün başqa imkanlar axtarır. Xüsusilə, son 10 ildə “DSME”-nin kreditoru olan dövlətə məxsus Koreya İnkişaf Bankı gəmiqayırma zavodunu işlətməyə razı olacaq yerli şirkət tapmağı planlaşdırır.

“Hyundai Heavy Industries” şirkəti  “Hyundai Gunsan” zavodunu 2009-cu ildə inşa edib. 2017-ci ildə gəmiqayırma zavodu sifarişlərin yoxluğu səbəbindən fəaliiyətini müvəqqəti dayandırmışdı.

Sahəsi 1,8 milyon kvadratmetr olan  müəssisənin 700 metr uzunluğunda nəhəng quru doku və 1,6 min ton yükqaldırma qabiliyyəti olan kranı var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır