Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

“Furetank” ekoloji cəhətdən təmiz gəmilərdən ibarət donanma yaratmaq yolunda irəliyə doğru daha bir addım atır

“Furetank” şirkəti “Vinga” seriyalı iki yanacaqla işləyən doqquzuncu tankerinin tikintisi üçün müqavilə imzalayıb. Su basımı 17 999 ton olan gəmi “Çinin Yançjou şəhərindəki “China Merchants Jinling” gəmiqayırma zavodunda tikiləcək.

“Seanews.az” xəbər verir ki, “Furetank”-ın bu seriyadan dörd gəmisi var və onların hamısını hazırda istismar edir.  

Bütün gəmilər iki növ yanacaqla - mayeləşdirilmiş təbii qaz (LNG) və mayeləşdirilmiş bioqazla işləyir.  

Yeni gəmilərin həmçinin yük nasoslarının sahildən qidalanmaqla  işləməsi emissiyaları daha da azaldacaq.

Bu, ekoloji cəhətdən təmiz gəmilərdən ibarət donanma yaratmaq yolunda irəliyə doğru daha bir addımdır.

Gəminin 2024-cü ilin yanvarında suya buraxılması nəzərdə tutulur. Gəmiqayırma zavodu ilə müqaviləyə əlavə gəmilərin tikintisi üçün bənd də daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır