Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Çində iki körpünün açılması konteyner dövriyyəsini təxminən 1 milyon TEU artıracaq

Çinin Ninbo-Çjouşan limanında müvəqqəti olaraq iki əlavə yanalma körpüsü işə salınıb.

“Seanews.az” xəbər verir ki, Çuanşan limanı (Ninbo liman kompleksinin bir hissəsi) ərazisində yanalma körpüsünün və Meyşan terminalı ərazisində konteyner gəmilərinin yola salınması üçün körpünün fəaliyyətinə icazə verilib. Əvvəllər bu körpülər yalnız Çinin gəmilərinə xidmət edirdi.

2021-ci ildə Çuanşan və Meyşan limanları müvafiq olaraq 10,87 milyon TEU və 6,68 milyon TEU aşırıb ki, bu da Ninbo-Çuanşan konteyner aşırmalarının 35% və 21%-ni təşkil edib. Xarici ticarət üçün iki körpünün müvəqqəti açılması 2022-ci ildə Ninbo-Çuanşanın konteyner dövriyyəsini təxminən 1 milyon TEU artıracaq”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır