Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

“Moby SpA” gəmiçilik şirkəti müflis olması barədə sənədləri təqdim edib

İtaliya və onun adaları arasında bərə xətlərinə xidmət edən “Moby SpA” gəmiçilik şirkəti İtaliyadakı biznesinin yenidən qurulması ilə bağlı çətinliklərlə üzləşdikdən sonra ABŞ-da müflis olması barədə sənədləri təqdim edib.

“Seanews.az” xəbər verir ki, Onorato ailəsinə məxsus bərə şirkətinin biznesi son illərdə çətin günlər yaşayıb. Bunu, ölkədə sərt qaydalar, rəqabətin artması, yükdaşımaların həcminin azalması, həmçinin pandemiya səbəbindən səyahət məhdudiyyətləri ilə izah edirlər.

 “Moby SpA” keçən il sentyabrın 24-də borc sahiblərinin üçdə birindən çoxunu təmsil edən bir qrupla qeyri-rəsmi biznesin restrukturizasiyası müqaviləsi bağladı. Bir qrup səhmdar yeni maliyyələşdirməni təmin etməyə razılaşdı. Bu arada - 2021-ci ilin noyabrında Milan məhkəməsi “Moby”-nin ana şirkəti olan “Onorato Armatori Srl”-ın 20 milyon avro məbləğində istiqrazlarına həbs qoyulması barədə qərar çıxartdı. Bu qərar, aktivləri on il əvvəl “Moby” tərəfindən satın alınan müflis “Tirrenia di Navigazione SpA” şirkətinin tələbi ilə məhkəmə tərəfindən qəbul edilmişdi.

“Moby SPL” operatorunun törəmə müəssisəsi Sankt-Peterburqda fəaliyyət göstərir, o, 2016-cı ilin payızında “St Peter Line” və İtaliyanın “Moby S.p.A”-nın birləşməsi nəticəsində yaradılıb. 2020 və 2021-ci illərdə Sankt-Peterburqun sərnişin limanına gəmi səfərləri həyata keçirilməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır