Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Yeddi aylıq sükutdan sonra dəniz sərhədi ilə bağlı danışıqlar davam etdiriləcək

Yeddi aylıq sükutdan sonra İsrail və Livan arasında dəniz sərhədinin demarkasiyası ilə bağlı danışıqlar davam etdiriləcək.

“Seanews.az” xəbər verir ki, Livan prezidenti Mişel Aun çərşənbə günü 2021-ci ilin oktyabrında verdiyi bəyanatı təkrarlayıb. O bildirib ki, Beyrut demarkasiya məsələsini İsrail tərəfi ilə müzakirə etməyə hazırdır. “The Jerusalem Post”  İsrailin Energetika Nazirliyinin Livan prezidentinin bəyanatına verdiyi cavabdan sitat gətirib: "İsrail Livanla dəniz sərhədi ilə bağlı danışıqları davam etdirməyə hazırdır".

Gələn həftə İsrailin energetika naziri Karin Elharar ABŞ dövlət katibinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokşteyn ilə görüşəcək. Görüşün gündəliyinə Livanla danışıqların aparılması daxildir.

Qeyd edilir ki,  ABŞ-ın vasitəçiliyi ilə imzalanan dəniz sərhədinin demarkasiyası çərçivə sazişindən sonra Livan və İsrailarasında  14 oktyabr 2020-ci il tarixindən etibarən BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin qərargahı olan Naqourada dolayı danışıqların beş mərhələsi keçirilib. Mayın 6-na planlaşdırılan altıncı raund, danışıqlar aparan komandaların əvvəllər sərhədin demarkasiyasının hansı başlanğıc nöqtəsindən başlaması barədə razılığa gələ bilməmələri səbəbindən təxirə salınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır