• Bakı, 2022-01-21,
Seanews
Heyder Eliyev

“DP World” Seneqalda konteyner terminalının tikintisinə başlayıb

Dubayın  liman və logistika operatoru “DP World” Seneqalın Ndayana şəhərində konteyner terminalın tikintisinə başlayıb.

“Seanews.az” xəbər verir ki, layihənin dəyəri 1,13 milyard dollar qiymətləndirilir. 300 hektarlıq sahədə salınacaq terminal ölkənin paytaxtı Dakardan təxminən 50 km cənubda yerləşəcək.

Layihə “DP World” və  Dakar Limanı Administrasiyasının birgə müəssisəsi olan “DP World Dakar” tərəfindən həyata keçiriləcək.

Dərin sularda konteyner terminalı layihəsinin birinci mərhələsi uzunluğu 840 metr olan körpü divarının tikintisini və uzunluğu 366 metrədək olan konteyner gəmilərinə xidmət göstərmək üçün beş kilometrlik yanalma kanalının tikintisini nəzərdə tutur.

İkinci mərhələdə yanalma körpüsünün uzunluğu daha 410 metr artırılacaq, gəmiçilik kanalında və 400 metrlik gəmiləri idarə etmək üçün terminalın akvatoriyasında dərinləşdirmə işləri görüləcək.

“DP World” (Dubay, BƏƏ) dəniz terminallarının ən böyük beynəlxalq operatorlarından, logistika və digər xidmətlərin təminatçılarından biridir. “DP World”-in aktivlərinə Hindistan, Afrika və Yaxın Şərqdə davam edən terminal layihələri də daxil olmaqla altı qitədə 45-dən çox ölkənin limanlarında fəaliyyət göstərən 150-dən çox dəniz terminalı daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır