Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Aralıq dənizində zəlzələ Türkiyədə hiss edilib, sunami təhlükəsi elan olunub

Kiprin Aralıq dənizi sahillərində güclü zəlzələ baş verib.

Bu barədə  “Haber Global”a istinadən xəbər verib.

Zəlzələ Türkiyənin Mersin, Antalya, Adana, Konya və digər şəhərlərində hiss olunub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib ki, zəlzələ yerli vaxtla saat 04:07-də 6,4 bal gücündə qeydə alınıb.

Yıldız Texnik Universitetinin professoru Şükrü Ersoy sunami təhlükəsi barədə xəbərdarlıq edib. O, bildirib ki, 6 maqnitudadan güclü zəlzələlər sunami təhlükəsi yaradır. Bu, baş versə, regiona ciddi ziyan vuracaq.

Qeyd edilir ki, zəlzələ Türkiyə sakinləri arasında həyəcana səbəb olub, bəzi sakinlər evlərini tərk ediblər.

Zəlzələ ocağının dərinliyi 5,06 kilometrdə yerləşib. Qəndilli Rəsədxanası isə yeraltı təkanların maqnitudasını 6,2 olaraq açıqlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır