Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Malta bayrağı altında üzən balkerin bütün heyəti “COVID-19”-a yoluxub

Malta bayrağı altında üzən “TSAREVNA” balkeri Varna (Bolqarıstan) limanındakı lövbər dayanacağına çatdıqdan sonra onun heyəti gəminin aşpazının öldüyünü bilib.  

“Seanews.az” xəbər verir ki,  Ukraynanın Mariupol limanından çıxan quru yük gəmisi Varnaya heyəti dəyişmək və ərzaq almaq üçün yan alıbmış. Gəmidə18 heyət üzvü - 1 Ukrayna və 17 Bolqarıstan vətəndaşı olub. Ölən aşpaz bolqardır.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, aşpaz koronavirusdan ölüb. Bütün heyət üzvləri “COVID-19” üçün test edilib və müsbət nəticə verib. Balkerin göyərtəsində koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır