Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

ABŞ Hərbi Dəniz Qüvvələri lazer silahlarını sınaqdan keçirir

“USS Portland” desant gəmisi yüksək effektiv lazer silahını uğurla sınaqdan keçirib.

“Seanews.az” xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, çərşənbə axşamı keçirilən sınaq "stasionar səthdə təlim hədəfini" uğurla vurub. “USS Portland” bu zaman Ədən körfəzində olub.

“USS Portland” gəmisində lazer silahlarının əvvəlki sınağı 2020-ci ilin may ayında, gəmi Sakit okeanda olarkən keçirilmişdi. Onda pilotsuz uçuş aparatı məhv edilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır