Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

Çində yük gəmisi qəzaya uğrayıb, 4 nəfər ölüb

Çinin şərqindəki Şandun əyalətindəki Yantai limanı yaxınlığında yük gəmisi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli xilasetmə bürosuna istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, gəmidə olan 14 ekipaj üzvündən 4-ü həlak olub, daha 7-si itkin düşüb. Digər üç nəfər isə xilas edilib.

İtkin düşənlərin axtarışına xilasedici qayıq və helikopter göndərilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır